Fransalı siyasətçi: "Avropa İttifaqını dağıtmaq lazımdır"

 17:33 30.07.2024     276

Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippot Avropa İttifaqını ləğv etməyə çağırıb.

Redaktor.az xəbər verir ki, Filippot Avropa İttifaqının sülhə maraq göstərmədiyini və müharibəni dəstəklədiyini bildirib.

Florian Filippot Macarıstanın baş naziri Viktor Orbanın “sülhməramlı missiya ilə Ukrayna və Rusiyaya səfərindən sonra” Brüssellə rəftarını tənqid edib. Partiya lideri həmçinin Fransanı Aİ-dən çıxmağa çağırıb.

Qeyd edək ki, Filippot daha əvvəldə Avropa İttifaqının əleyhinə çıxışlar edib.

Türkan İSGƏNDƏRLİ