BMT İsrailin Beyruta endirdiyi zərbədən ciddi narahatdır

 09:41 31.07.2024     219

"İsrailin Beyruta endirdiyi zərbədən son dərəcə narahatıq. Bütün tərəfləri maksimum təmkinliyə riayət etməyə çağırırıq".

Redaktor.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı bəyanat yayıb.

“Biz İsrail Müdafiə Qüvvələrinin iyulun 30-da axşam saatlarında Livanın Beyrut şəhərinin sıx məskunlaşdığı cənub ətraf ərazilərinə çoxlu mülki vətəndaşların tələfatı ilə nəticələnən zərbələri ilə bağlı ciddi narahatlığımızı bildiririk. Bir daha tərəfləri maksimum təmkinli olmağa çağırırıq və bütün maraqlı tərəfləri hər hansı daha da gərginliyin qarşısını almağa çağırırıq”, - bəyanatda deyilir.

BMT həmçinin bütün tərəfləri beynəlxalq hüquqdan irəli gələn öhdəliklərə əməl etməyə çağırıb.

Xatırladaq ki, iyulun 30-da İsrail təyyarələri Hizbullahın qalası sayılan Beyrutun Dahieh ətrafına dörd raket zərbəsi endirib. Nəticədə dörd mərtəbəli bina dağılıb, yaxınlıqdakı iaşə obyektlərinə və park edilən avtomobillərə ziyan dəyib.

Hücumun məqsədi Hizbullah hərbi komandiri Fuad Şükrü məhv etmək olub. O, aldığı xəsarətlərdən sonra xəstəxanada keçinib.

Türkan İSGƏNDƏRLİ