İsrailin şimalı uçuşlara BAĞLANDI
İsrail rəhbərliyi Beyrut və Tehrandakı hücumlardan sonra bölgədə yaranan gərginliyə görə ölkənin şimalını uçuşlara bağlayıb.
Redaktor.az xəbər verir ki, İsrail mətbuatında yer alan xəbərdə ölkənin şimalındakı hava sahəsinin Təl-Əvivin üzərində yerləşən Hadera şəhərindən başlayaraq uçuşlara bağlandığı bildirilib.
Uçuş qadağasının 24 saat ərzində həyata keçiriləcəyi və bölgədə yollarda heç bir məhdudiyyətin olmadığı bildirilib.
Qeyd edək ki, İsrail ordusu ötən gün Livanın paytaxtı Beyruta təşkil etdiyi hava hücumunda Hizbullah komandirlərindən Fuad Şükürü öldürdüyünü açıqlayıb.
Bu gün səhər tezdən HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində öldürülüb.
Sevinc İBRAHİMZADƏ