22 ildən sonra azadlığa BURAXILDILAR
İsrail ordusu iki fələstinli məhbusu 22 illik həbs cəzası başa çatdıqdan sonra azadlığa buraxıb.
Redaktor.az xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi açıqlama verib.
Açıqlamada İsrail əsgərləri Hureybat və Əbu Salih adlı əsirləri Hebron şəhərinə gətirib. Onlar əsirlərin ailələrini təhdid edərək, fotoşəkillərin çəkilməməsini tələb ediblər. Daha sonra məhbuslar ailələrinə təhvil verilib.
Qeyd edək ki, oktyabrın 7-dən bu yana 9870 fələstinli nəzarətə götürülüb.
Türkan İSGƏNDƏRLİ