Belarus sərhədində yeni əməliyyat BAŞLAYACAQ

 16:50 31.07.2024     227

Polşa Belarus sərhədini qorumaq üçün 17 min hərbçinin iştirak edəcəyi "Safe Podlasie" kod adlı əməliyyata başlayacaq.

Redaktor.az xəbər verir ki, bunu Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış deyib.

"Biz dəyişikliklər etmək və yeni əməliyyata başlamaq üçün buradayıq", - Müdafiə Nazirliyinin rəhbəri bildirib.

O cümlədən, 17 min hərbçinin 8 mini sərhəddə, 9 mini isə ehtiyatda olacaq. Hazırda iki ölkə arasındakı sərhədi təxminən 6 min hərbçi qoruyur.

Sevinc İBRAHİMZADƏ