ABŞ HƏMAS rəhbərinin öldürülməsindən xəbərsizdir

 17:23 31.07.2024     249

Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə ABŞ-ın heç bir əlaqəsi yoxdur.

Redaktor.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Antoni Blinken deyib .

Onun sözlərinə görə, Birləşmiş Ştatların Haniyənin öldürülməsindən xəbərdar olmayıb və bu sui-qəsddə iştirak etməyib. 

"Qəzzada fələstinlilərin iztirablarına son qoymağa kömək etmək həyati əhəmiyyət kəsb edir. Ona görə biz insanlıqdan kənar olan bu hərəkəti etmərik. ABŞ sülhün tərəfdarıdır", - deyə o qeyd edib.

Türkan İSGƏNDƏRLİ