Polis məntəqəsinə hücum: ÖLƏNLƏR VAR
Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində terror aktı törədilib.
Redaktor.az xəbər verir ki, bu barədə "Geo News" məlumat verib.
Məlumata görə, terrorçular Pakistan-Əfqanıstan sərhədindəki Landi Kotal qəsəbəsindən 3 kilometr aralıda polis nəzarət məntəqəsinə hücum ediblər. Nəticədə 2 polis əməkdaşı və 1 mülki şəxs həyatını itirib, 3 nəfər isə yaralanıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilib.
Pakistan terrorla mübarizə üçün bölgədə təhlükəsizlik qüvvələrini yüksək hazırlıqlı vəziyyətdə saxlayır.
Türkan İSGƏNDƏRLİ