Yeni ağac növü iqlimi xilas edə BİLƏR

 17:52 31.07.2024     287

İngiltərə və Polşadan olan beynəlxalq alimlər qrupu adi dekorativ bitki növünün strukturunu öyrənərkən tamamilə yeni ağac növü aşkar ediblər. Belə ki, bu kəşf istixana qazı emissiyaları ilə mübarizəyə kömək edə bilər.

Redaktor.az xəbər verir ki, tədqiqat "New Phytologist" (NewPhyt) elmi jurnalında dərc olunub.

Komanda Şimali Amerika və Cənub-Şərqi Asiyadan olan liriodendronlardan olan ağacları təhlil edib. Məlum olub ki, mikroskopik səviyyədə bu növün lifləri nə sərt ağaclarda, nə də iynəyarpaqlarda olmayan unikal xüsusiyyətlərə malikdir.

Tədqiqatçılar lalə ağacı (liriodendron tubulipera) və Çin laləsi ağacı (liriodendron chinense) kimi tanınan qədim liriodendron cinsinin sağ qalmış iki növünün yarpaqlı qohumlarından daha böyük makrofibrillərə malik olduğunu aşkarlayıblar. Makrofibrillər ikincil hüceyrə divarında təbəqələr şəklində düzülmüş uzun liflərdir.

Liriodendronlar təxminən 30-50 milyon il əvvəl maqnoliyalardan ayrıldı və bu, atmosferdəki karbon qazının sürətlə azalması ilə eyni zamana təsadüf edibb Bu, lalə ağaclarının karbon saxlamaqda niyə bu qədər təsirli olduğunu izah etməyə kömək edə bilər.

Komanda lalə ağaclarının sürətli böyüməsinə cavabdeh olan bu "orta ağac"dakı daha böyük makrofibrillər olduğundan şübhələnir.

Tədqiqatçıların fikrincə, liriodendronlar havadan karbon tutmaq üçün nəzərdə tutulmuş plantasiyaların əsasını təşkil edə bilər.

Sevinc İBRAHİMZADƏ

Vumart və Güvən reklamı Vumart Güvən