Venesuelada ictimai asayiş bərpa OLUNUB

 10:06 01.08.2024     225

İfrat sağçı ekstremistlərin zorakılığı qızışdırmaq və dövlət çevrilişi etmək cəhdlərindən sonra Venesuela paytaxtına və digər şəhərlərə ictimai asayiş qayıdır.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, ölkənin silahlı qüvvələri tərəfindən Maduronu kütləvi şəkildə dəstəkləməsi ifrat sağçı müxalifətin öz məqsədlərinə çatmasına mane oldu.

İğtişaşlar hazırkı prezident Nikolas Maduronun iyulun 28-də keçirilən seçkilərdə qələbəsini tanımayan prezidentliyə namizəd Edmundo Qonzalesin rəhbərlik etdiyi ifrat sağçı partiyalar tərəfindən başlayıb. 

Seçkidə təhlükəsizliyi təmin etmək üçün səfərbər olunan polis və silahlı qüvvələr zorakılığın yayılmasının qarşısını ala bilib. Milli Seçki Şurasının ofislərinə hücumlar, avtomobillərin yandırılması və digər terror aktlarından sonra 1062 nəfər nəzarətə götürülüb.

Türkan İSGƏNDƏRLİ