11 sentyabr təşkilatçıları ABŞ ilə RAZILAŞDILAR

 11:00 01.08.2024     195

11 sentyabr hücumlarının planlaşdırılmasında ittiham olunan və hazırda Quantanamo həbsxanasında saxlanılan 3 nəfər günahlarını qəbul ediblər.

Redaktor.az xəbər verir ki, 2003-cü ildən Quantanamoda saxlanılanlar 27 aylıq danışıqlar nəticəsində hərbi prokurorluqla razılığa gəlib.

Məlumata görə, onların cəzası edamdan ömürlük həbs cəzasına dəyişdirilib.   

Xatırladaq ki, Əl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-nin Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı silsilə terror aktları həyata keçirilib. Faciə nəticəsində təxminən 3 min insan həlak olub.

Türkan İSGƏNDƏRLİ