HƏMAS-ın hərbi lideri də öldürüldü

 13:00 01.08.2024     285

HƏMAS-ın hərbi qanadının lideri, “İzzəddin Briqadası”nın komandiri Məhəmməd Deif öldürülüb.

Redaktor.az-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin "X" hesabında bildirilib.

"Biz indi təsdiq edə bilərik: Məhəmməd Deif məhv edilib", - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, ötən gün HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda qətlə yetirilib.