Çin və Hindistan mübahisəli sərhəd xətti ilə bağlı razılığa GƏLDİLƏR
Çin və Hindistan nümayəndə heyətləri mübahisəli sərhəd bölgəsində sülh və əmin-amanlığın qorunmasına davam etmək barədə razılığa gəliblər.
Redaktor.az xəbər verir ki, bu barədə Çin Qlobal Televiziya Şəbəkəsi (CGTN) məlumat yayıb.
Məlumata görə, Çin və Hindistan Xarici İşlər Nazirliyinin nümayəndələri Hindistanın paytaxtı Yeni Dehlidə görüşüblər.
Tərəflər Çin-Hindistan sərhədindəki problemlərə diqqət yetirmək , bir-birlərinin narahatlıqlarını nəzərə almaq və mümkün qədər tez bir zamanda qarşılıqlı məqbul həllə nail olmaq üçün səy göstərməyə razılaşıblar.
Nümayəndələr diplomatik və hərbi kanallar vasitəsilə kommunikasiyanın davam etdirilməsinə və danışıqlar mexanizmlərinin gücləndirilməsinə sadiq olduqlarını ifadə ediblər.
Türkan İSGƏNDƏRLİ