Çində tayfun böyük itkilərə səbəb OLUB

 17:27 01.08.2024     279

Çini vuran Qaemi qasırğası 30 nəfərin ölümünə səbəb olub.

Redaktor.az xəbər verir ki, bu barədə Çin Qlobal Televiziya Şəbəkəsi məlumat yayıb. 

Məlumata görə, Çinin Hunan əyalətində baş verən Qaemi qasırğasının yaratdığı şiddətli yağışlar nəticəsində 30 nəfər həyatını itirib, 35 nəfər isə itkin düşüb. İtkin düşənlərin axtarış-xilasetmə işlərinin davam etdirilir.

Çinin şərqindəki Fucian bölgəsində "Qaemi" qasırğası səbəbindən 156 min 800 nəfər təxliyə edilib.

Türkan İSGƏNDƏRLİ