Şimali Koreyada ölənlərin sayı 1000-dən çoxdur
Şimali Koreyada ölən və ya itkin düşənlərin sayı 1000-dən çoxdur.
Redaktor.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmə Nazirliyindən bildirilib.
Məlumata görə, Cənubi Koreya Qızıl Xaç Cəmiyyəti Şimali Koreyalı daşqın qurbanlarına humanitar yardım göndərməyi təklif edib. Ancaq Şimali Koreyadan heç bir cavab gəlməyib.
Xatırladaq ki, güclü yağışlardan Şimali Koreya-Çin sərhədindəki Yalu çayının daşması nəticəsində qapalı qalan 5 mindən çox insan təxliyə edilib. Təxliyədə Kim Çen In şəxsən iştirak edib.
Türkan İSGƏNDƏRLİ