Haniyə Tehrandakı qonaq evinə yerləşdirilən partlayıcı qurğu ilə öldürülüb
İsmayıl Haniyə Tehrandakı qonaq evinə gizli şəkildə yerləşdirilən partlayıcı qurğu ilə öldürülüb.
Redaktor.az xəbər verir ki, bu barədə "New York Times" bir çox mənbəyə istinadən xəbər verir.
Məlumata görə, bomba təxminən iki ay əvvəl qonaq evində gizlədilib və onun otaqda olduğu təsdiqləndikdən sonra uzaqdan partladılıb.
Sui-qəsd Tehranın şimalındakı Neşat kompleksindəki qonaq evində baş verib. Kompleks İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən idarə olunur və mühafizə olunur.