Rusiya Ukraynaya F-16 tədarükü məsələsinə etiraz EDİR

 20:53 01.08.2024     300

Rusiya avqustda Qərbi F-16 təyyarələrinin Ukraynaya tədarükü məsələsini BMT Təhlükəsizlik Şurasında qaldırmağı planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski mətbuat brifinqində deyib.

"Biz avqustda mütləq belə bir görüş keçirəcəyik. Hər gün bu barədə məlumat alırıq. Məsələyə yaxşı hazırlaşmalıyıq. Ona görə tələsmirik", - deyə Polyanski qeyd edib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında yaxın gələcəkdə F-16-ların Ukraynaya göndərilməsinin raket və digər yüksək texnologiyalı silahlarla təchiz oluna biləcəyi ilə bağlı iclas keçiriləcək.

Türkan İSGƏNDƏRLİ