BMT İsraili jurnalistləri öldürməyi dayandırmağa ÇAĞIRDI

 21:18 01.08.2024     405

İsrail ordusu Qəzzada jurnalistlərin öldürülməsinə son qoymalıdır.

Redaktor.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları İdarəsi məlumat yayıb. 

Bəyanatda, İsrailin Qəzzadakı hücumlarının mülki əhaliyə təsirini minimuma endirməli olduğu da vurğulanıb.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən Qəzzada öldürülən jurnalistlərin ümumi sayı 157-yə çatıb.

Türkan İSGƏNDƏRLİ