Türkiyə sülh diplomatiyasının mərkəzidir

 23:40 01.08.2024     244

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi səyləri sayəsində sülh diplomatiyasının mərkəzi olmağa davam edəcəkdir.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan X səhifəsində yazıb.

“Bu gün Ankarada tarixi məhbus mübadiləsi prosesi baş tutdu. Bu əməliyyatda iştirak edən Milli Kəşfiyyat Təşkilatını (MİT) təbrik edirəm”, - deyə Fidan bildirib.

Qeyd edək ki, Rusiya və ABŞ arasında Ankarada MİT-in təşkilatçılığı ilə məhbus mübadiləsi baş tutub.