110-dan çox ölkə Ukrayna ilə bağlı konsensusu DƏSTƏKLƏYİR

 09:39 02.08.2024     245

Çin və Braziliyanın Ukrayna münaqişəsinin nizamlanması üzrə razılıq planı artıq 110-dan çox ölkə tərəfindən bəyənilib.

Redaktor.az xəbər verir ki, bu barədə Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə xüsusi nümayəndəsi Selso Amorim ilə görüşündə bildirib.

"Çin və Braziliya Ukrayna böhranının siyasi həllini təşviq etmək üçün altı bəndlik qondarma konsensus dərc ediblər. Artıq 110-dan çox ölkə bu təşəbbüsə müsbət cavab verib. Pekin bu məsələdə Braziliya tərəfi ilə daha çox təmaslara və daha geniş koordinasiyaya hazırdır. ", - Li Hui deyib.

Türkan İSGƏNDƏRLİ