Venesuelada vəziyyət hökumətin nəzarətindədir

 10:18 02.08.2024     310

Prezident seçkiləri ərəfəsində cinayətkar dəstələr və terrorçu qruplar ölkədə sabitliyi pozmağa cəhd etdikdən sonra Venesuelada vəziyyət hökumətin ciddi nəzarəti altındadır.

Redaktor.az xəbər verir ki, bu sözləri Prezident Nikolas Maduro "Venezolana de" Televiziya kanalında yayımlanan çıxışında bildirib.

"Bazar günü ortaya çıxan və bazar ertəsi və çərşənbə axşamı davam edən gərginlik indi nəzarət altındadır və bu nəzarət ölkənin sülhünü, firavanlığını və istehsalını təmin etmək üçün günü-gündən sərtləşəcək. Cinayətkarlar 300-dən çox polis məntəqəsini yandırıblar. Biz 1200-dən çox cinayətkarı həbs etmişik və indi daha 1000 nəfəri axtarırıq, onlar da həbs olunacaqlar", - deyə o qeyd edib.

Türkan İSGƏNDƏRLİ