Bu şirkət hər işçisinə milyonluq hissə AYIRACAQ

 16:36 02.08.2024     287

"Rolls-Royce" şirkəti hər bir işçisinə 700 funt-sterlinq (892 dollar) dəyərində səhmlər buraxacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Bildirilib ki, şirkət son beş ildə ən yüksək illik mənfəətinə nail olub. İndi hər bir işçi bu gəlirdən divident alır.

Tufan Erginbilgich 2023-cü ilin yanvarında şirkətin baş meneceri təyin edildikdən sonra aparılan islahatlar nəticəsində "Rolls-Royce" səhmlərinin dəyəri 5 dəfədən çox artıb. Neft sənayesində çalışan uzaqgörən liderin təyin olunması və onun yeni planları şirkəti canlandırıb.

Şirkət rəhbəri dividendlərin ödənilməsi prosedurunu yenidən başladıb. Bu prosedurun mövcudluğu və fəaliyyət göstərməsinin şirkətin gələcək investorları üçün əhəmiyyətli olacağı bildirilir.

"İşçilərimizin uğurlarımıza şərik olması vacibdir. Gələcək uğurlarımıza verdiyiniz töhfəni qiymətləndirmək və qələbəmizdə oynadığınız rola görə sizi mükafatlandırmaq istəyirik", - deyə Tufan Erginbilgiç qeyd edib.

Mənbəyə görə, "Rolls-Royce"un 2024-cü ilin ilk yarısında əməliyyat gəliri əvvəlki məbləğlə müqayisədə 74% artıb.

Qeyd edək ki, "Rolls-Royce"da 40 mindən çox işçi çalışır. Təşviq çərçivəsində onlara veriləcək ümumi divident məbləğinin 38 milyon dollardan çox olacağı təxmin edilir.

Sevinc İBRAHİMZADƏ