“İslami Cihad” qruplaşmasının lideri ÖLDÜRÜLDÜ
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında radikal İslami Cihad qruplaşmasının liderlərindən biri Məhəmməd Əl-Cəbarini məhv edib.
Redaktor.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib.
Bildirilib ki, Əl-Cəbari qruplaşmanın silah istehsalı üzrə rəis müavini olub. O, Qəzzanın şimalında İslami Cihad üçün silah istehsalı infrastrukturunun maliyyələşdirilməsinə, maaşların və vəsaitlərin bölüşdürülməsinə cavabdeh idi.
İDF-nin məlumatına görə, zərbədən əvvəl mülki əhaliyə zərər vurmaq riskini azaltmaq üçün çoxsaylı addımlar atılıb.
Türkan İSGƏNDƏRLİ