İsmayıl Haniyə Qətərdə dəfn edildi

 18:14 02.08.2024     244

Tehranda öldürülən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Dohanın şimalında, Lusail şəhərindəki qəbiristanlıqda dəfn edilib.

Redaktor.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Dəfn mərasimində Qətər kral ailəsinin üzvləri və Haniyənin öz ailə üzvləri, rəsmilər, o cümlədən İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref və Türkiyənin xarici işlər naziri Hakan Fidan iştirak ediblər.

Mərasimdə İslam ölkələrindən onlarla dövlət rəsmisinin iştirakı ilə əlaqədar təhlükəsizlik tədbirləri xeyli gücləndirilib.

Vumart və Güvən reklamı Vumart Güvən