İran Aİ-dən İsrailə təzyiq göstərməyi istəyib

 20:16 02.08.2024     233

İran Aİ-dən Yaxın Şərqdə sülh üçün İsrailə təzyiq göstərməyi tələb edib.

Redaktor.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell ilə telefon danışığında deyib.

İran Xarici İşlər Nazirliyi bildirib ki, beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün Avropa İttifaqı bu rejimin cinayətlərinin davam etməsinin qarşısını almaq üçün İsrailə təzyiq göstərməlidir.

Borrell isə artan gərginlik və regionda tamhüquqlu müharibə ehtimalı və bunun regional xalqlar üçün fəsadları ilə bağlı narahatlığını ifadə edib. O, İranın öz ərazi bütövlüyünü və suverenliyini müdafiə etmək hüququnu qeyd edib.

Türkan İSGƏNDƏRLİ