Haniyə bu silahla öldürülüb

 01:19 04.08.2024     377

HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə təxminən 7 kiloqram ağırlığında döyüş başlığı olan “qısa mənzilli mərmi” ilə öldürülüb.  

Redaktor.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatında deyilir.

İran İslam İnqilabı Keşikçiləri Korpusu həmçinin HƏMAS siyasi büro rəhbərinin ölümünün qisası "doğru zamanda və yerdə" "ağır cəza" ilə alınacağını bildirib. Açıqlamada Haniyənin qətlinin ABŞ-ın dəstəyi ilə İsrail tərəfindən planlaşdırıldığı və həyata keçirildiyi də vurğulanıb.