İsrail MN rəhbəri iclas keçirir

 21:12 04.08.2024     258

İsrailin müdafiə naziri Yoav Qallant ordu komandanlığı və təhlükəsizlik xidmətlərinin rəhbərliyi ilə İranın mümkün hücumu zamanı tədbirləri müzakirə etmək üçün görüş keçirir.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Müdafiə naziri Qallant hazırda İran və onun müvəkkillərinin İsrailə hücum cəhdi halında görülə biləcək tədbirləri müzakirə etmək üçün təhlükəsizlik iclası keçirir”, - deyə məlumatda bildirilir.