Etiraz aksiyalarında ölənlərin sayı 99-a çatıb

 09:57 05.08.2024     241

Banqladeşdə hökumət əleyhinə etirazlarda ölənlərin sayı 99-a çatıb.

Redaktor.az xəbər verir ki, etirazçılar hökumət əleyhinə şüarlar səsləndirir, polislə üz-üzə gəlir. Nəticədə nümayişlər sürətlə zorakılığa çevrilir. 

Banqladeşin Baş naziri Şeyx Hasina bildirib ki, hazırda küçələrdə etiraz edənlər tələbələr deyil, terrorçulardır. O, ölkədə sabitliyi pozmağa çalışan vətəndaşlara səslənərək, bunu dayandırmağı istəyib.

İğtişaşlarla əlaqədar Daxili İşlər Nazirliyi saat 18:00-dan (Bakı vaxtı ilə saat 16:00-dan), komndant saatı, yaxın üç gün isə istirahət günü elan edib.

Türkan İSGƏNDƏRLİ