Yeni virus yayıldı - 6 NƏFƏR ÖLDÜ
Yunanıstanda Qərbi Nil virusu yenidən yayılıb.
Redaktor.az xəbər verir ki, xəstəlikdən son bir həftədə 6 nəfər ölüb.
Mütəxəssislər virusun ağcaqanad dişləməsindən əmələ gəldiyini açıqlayıblar. Ən çox iyun-sentyabr aylarında özünü göstərir. Əlamətləri ishal, qusma, oynaq ağrısı, baş ağrısı, bədən ağrıları, səpgi eləcə də qızdırmadır. Xəstəlikdən sağalmaq bir neçə həftə və ya ay çəkə bilər.
Bunun qarşısını almağın ən təsirli yolu ağcaqanad dişləmələrinin qarşısını almaqdır. Çölə çıxarkən həşərat qovuculardan istifadə etmək lazımdır.
Türkan İSGƏNDƏRLİ