Olimpiya Oyunlarının açılış mərasiminin prodüserləri ölümlə HƏDƏLƏNDİLƏR
Paris Olimpiya Oyunlarının açılış mərasiminin prodüserləri onlara qarşı ölümlə hədələndiyi üçün prokurorluğa müraciət ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.
Açılış mərasiminə ev sahibliyi edən "Paname 2024" şirkəti Qurandan ayələrdən sitat gətirənlər və mərasim təşkilatçılarına “Allahın əzabının” gələcəyi ilə bağlı xəbərdarlıqlar da daxil olmaqla, çoxsaylı təhqiramiz məktublar alıb.
Bunun üzərinə baş direktor müavini prokurorluğa cinayət işi qaldırıb. Avqustun 2-də Paris prokurorluğunun onlayn təhdidlərə görə Olimpiya Oyunlarının açılış mərasiminin bədii rəhbəri Tom Jolliyə qarşı istintaq başlatdığı öyrənilib. O da eyni məzmunlu məktublar alıb.
Qeyd edək ki, iyulun 26-da Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib.
Tədbirdə İsa və həvarilərinin yerinə saqqallı qadın və qadın geyimli kişilərin təsvir olunduğu “Sirli gecə”yə bənzər tamaşa təqdim olunub. Tamaşa qədim yunan tanrısı Dionisin təsviri olan mavi rəngə boyanmış az qala çılpaq bir adam tərəfindən tamamlanıb.
Sevinc İBRAHİMZADƏ