ABŞ İsrailə yarım tonluq bomba göndərəcək: Şok iddia
ABŞ rəhbərliyinin hava hücumlarında istifadə etmək üçün İsrailə yarım ton ağırlığında MK-83 bombalarının göndərilməsinə razılıq verdiyi iddia edilib.
Redaktor.az xəbər verir ki, bu barədə “İsrail Hayom” qəzeti məlumat yayıb.
İddialara görə, iyulun sonlarında ABŞ-a səfər edən İsrailin baş naziri Benyamin Netanyahu Livan Hizbullahı ilə şimal sərhədində gərginliyin artacağı təqdirdə ABŞ prezidenti Co Baydendən daha ağır bombalar göndərməsini istəyib. Cavab olaraq Bayden döyüş təyyarələrində istifadə edilən yarım tonluq MK-83 bombalarını göndərməyə qərar verib.
Təxminən 1700 ədəd 250 kiloqramlıq MK-82 bombası ilə birlikdə İsrailə çatdırılması gözlənilir.
Türkan İSGƏNDƏRLİ