Banqladeşin Baş naziri istefa verib ölkədən qaçdı

 14:07 05.08.2024     232

Banqladeşin Baş naziri Şeyx Hasina ölkədə etirazlar fonunda istefa verib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, onun ölkəni tərk edərək Finlandiyaya qaçdığı bildirilir.

Banqladeş ordusundan məlumatı təsdiqləyiblər.

“Prothom Alo Daily” nəşrinin məlumatına görə, Şeyx Hasina hərbi helikopterlə Hindistana uçub.

Xatırladaq ki, ölkədə həftələrdir davam edən etiraz və nümayişlər avqustun 4-ü “Ayrıseçkiliyə qarşı Tələbə Hərəkatı” təşkilatının hakimiyyətlə əməkdaşlıqdan imtina etməsindən sonra daha da güclənərək iğtişaşlara çevrilib. Toqquşmalar nəticəsində ölənlərin sayı azı 300 nəfərə çatıb.

2