Zurabişvilidən ABŞ və Aİ-yə ETİRAZ

 22:06 05.08.2024     251

ABŞ və Avropa İttifaqı (Aİ) rəhbərliyinin Gürcüstan ordusu və Tbilisi yaxınlığındakı Luqar laboratoriyası üçün maliyyəni dayandırmaq qərarı anlaşılmazdır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“Mən ordumuz üçün büdcə məhdudiyyətini və Luqar laboratoriyasının büdcəsini başa düşə bilmirəm ki, bu hökumətin (Gürcüstan - red.) cəzalandırıla biləcəyi bir çox sahə var və bunun cəzalandırılması lazımdır, lakin bu, mümkün deyil. Dövlətimizin və müdafiəmizin dayandığı gürcü ordusu cəzalandırıldı”, - Zurabişvili gürcü mediası üçün geniş mətbuat konfransı zamanı bildirib.

Turan İSMAYIL