Yaxın Şərq müharibə astanasındadır - Borrel

 09:49 06.08.2024     209

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Yaxın Şərqin müharibənin astanasında olduğunu deyib.

Redaktor.az xəbər verir ki, bu barədə Aİ-nin ali nümayəndəsi "X" hesabında bildirib.

"Yaxın Şərqdə gərginlik artmaqda davam edir və onu müharibənin astanasına gətirir. Biz hamımız növbəti fəlakətin qarşısını almalıyıq. İrəliyə doğru yol konsensualdır: Qəzzada indi atəşkəsin əldə olunması. Gərginliyin azaldılmasına mane olanların hamısı etdiklərinə görə məsuliyyət daşıyacaq", - Borrell vurğulayıb.