"İsrail münaqişəni dinc yolla bitirməkdən imtina edir"
Fələstin-İsrail münaqişəsinin həlli yolu beynəlxalq qərarlara əsaslanan siyasi həll yoludur. Münaqişəni dinc yolla bitirməkdən imtina edən İsraildir.
Redaktor.az xəbər verir ki, bu barədə Fələstin prezidenti Mahmud Abbas bildirib.
“Biz bir daha təsdiq edirik ki, qlobal sülh və təhlükəsizliyə nail olmağın yolu beynəlxalq qərarlar və ərəb sülh təşəbbüsü əsasında siyasi həll yoludur”, - o vurğulayıb.
Abbasın sözlərinə görə, Fələstin İsrail nümayəndələri ilə görüşdən imtina etməyib. O qeyd edib ki, dövlət Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə İsrailin baş naziri Benyamin Netanyahu ilə bir neçə dəfə görüşməyə razılaşıb.
Sevinc İBRAHİMZADƏ