Bayden və Harris terrorçuların ABŞ-yə daxil olmasına İCAZƏ VERDİLƏR

 16:07 06.08.2024     269

ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harrisin hazırkı administrasiyasının siyasəti nəticəsində 2021-2023-cü illər arasında ABŞ-ın terrorçu siyahısında olan 100-ə yaxın adam ABŞ-yə daxil ola bilib.

Redaktor.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı ABŞ Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin hesabatına istinadən məlumat yayıb.

“Bayden-Harris administrasiyası dövründə 2021-2023-cü illər arasında ABŞ-ın cənub-qərb sərhədində terrorçular siyahısında olan 250-dən çox qeyri-qanuni mühacir tutulub. Eyni zamanda, ən azı 99 nəfərin keçməsinə icazə verilib. Hesabatda daha 34 immiqrantın saxlanılıb, lakin ABŞ-dən çıxarılmayıb", - məlumatda qeyd olunub.

Konqres üzvləri onu da əlavə ediblər ki, məlumatlar Bayden və Harrisin razılığı ilə ABŞ Sərhəd Patruluna sızmağı bacaran iki milyona yaxın insan arasında potensial terrorçuların naməlum sayını əhatə etmir.

Sevinc İBRAHİMZADƏ