Ukrayna sabitliyini təmin etmək üçün şansını itirib

 16:53 06.08.2024     258

Kiyev ölkədəki vəziyyəti nizamlamaqdan imtina etdikdən sonra Ukrayna çoxsaylı itkilər verib və ərazisinin böyük hissəsinə nəzarəti itirib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

"Müasir tarixdə üç dəfə olub ki, Ukrayna hökuməti ölkədə uzunmüddətli sülh və sabitliyi təmin etmək imkanı əldə edib. Onlar isə üç dəfə bunu əldən veriblər, hər dəfə kənar qüvvələrin göstərişi ilə qərarlar qəbul edib, dövlət üzərində nəzarəti itiriblər”, - Şoyqu bildirib.

Türkan İSGƏNDƏRLİ