HƏMAS İsmayıl Haniyənin varisini müəyyənləşdirdi
İsmayıl Haniyənin varisi Məhəmməd İsmayıl Dərviş HƏMAS-ın siyasi qanadına rəhbərlik edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə "Al-Arabiya" kanalı adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Mənbələr bildirib ki, Qətərdə yaşayan Məhəmməd İsmayıl Dərviş yeni seçkilər keçirilənə qədər HƏMAS-ın siyasi bürosuna rəhbərlik edəcək.
Xatırladaq ki, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə olan İsmayıl Haniyə iyulun 31-də Tehrandakı iqamətgahına raket zərbəsinin endirilməsi nəticəsində həlak olub.