Rusiya vətəndaşları Banqladeşdən təxliyə EDİLMƏYƏCƏK
Rusiya vətəndaşları Banqladeşdən çıxarılmayacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın Dəkkədəki səfirliyindən bildirilib.
"Banqladeşdəki ruslar tərk etmək üçün müraciət etməyiblər. Həmçinin Dəkkədə Rusiya səfirliyinin binası ətrafında vəziyyət sakitdir. Cənubi Asiya ölkəsində Ruppur Atom Elektrik Stansiyasının tikintisi layihəsində iştirak edən Rusiya vətəndaşları üçün də heç bir təhlükə yoxdur", - səfirlikdən bildirilib.
Qeyd edək ki, Banqladeşin baş naziri Şeyx Hasina hökumət əleyhinə kütləvi etirazlar fonunda istefa verib və ölkəni tərk edib.
Türkan İSGƏNDƏRLİ