Bu ölkədə qızmar isti səbəbilə 123 nəfər ölüb
Yaponiyanın paytaxtı Tokioda iyul ayında 123 nəfər istidən ölüb.
Redaktor.az xəbər verir ki, bu barədə Tokio Ədli Tibb İnstitutundan bildirilib.
Ölənlərdən 2-si istisna olmaqla, bütün ölüm hallarının qapalı ərazilərdə qeydə alındığı, onların kondisionerdən istifadə etmədiyi qeyd edilib.
Mütəxəssislər həddən artıq istilərlə bağlı xəbərdarlıq edərək insanları zərurət olmadıqca çölə çıxmamağa, qapalı yerlərdə kondisionerdən istifadə etməyə və bol su içməyə çağırıblar.
Qeyd edək ki, isti vurması nəticəsində ölənlərin sayı 2018-ci ildə qeydə alınan 127 ölümdən sonra ən yüksək göstəricidir.
Türkan İSGƏNDƏRLİ