2000-dən çox etirazçı həbs edilib

 12:50 07.08.2024     147

İyulun 28-də keçirilən prezident seçkilərinin nəticələrinin açıqlanmasından sonra keçirilən etiraz aksiyaları zamanı iğtişaşlarda iştirak və zorakılıq törətdiklərinə görə 2200-dən çox adam həbs edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro deyib.

"Artıq 2229 terrorçu həbs edilib, bütün sübutlar var. Şənbə günü həbs olunanlar Tokoron və Tokuyito həbsxanalarına göndəriləcək. Onlar ölkə vətəndaşlarına hücum edərək xəstəxanalara, məktəblərə, universitetlərə, həmçinin polis bölmələrinə və bələdiyyə binalarına od vurublar", - prezident bildirib.

İğtişaşlar hazırkı Maduronun seçkilərdə qələbəsini tanımayan prezidentliyə namizəd Edmundo Qonzalesin rəhbərlik etdiyi ifrat sağçı partiyalar tərəfindən başlayıb. 

Türkan İSGƏNDƏRLİ