Polis nazirlikdə axtarışlar APARDI

 15:47 07.08.2024     218

Hüquq-mühafizə qüvvələri İsrail Xarici İşlər Nazirliyinin Qüdsdəki qərargahında axtarış aparıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Haaretz” mənbələrə istinadən məlumat yayıb.

Belə ki, Xarici İşlər Nazirliyinə antikorrupsiya polisi gəlib. Vətəndaşlara qeyri-qanuni diplomatik pasportların verilməsi ilə bağlı aparılan istintaqda rol oynaya biləcək sənədlər götürülüb.

Bildirilib ki, söhbət belə pasportların buna hüququ olmayan şəxslərə verilməsindən gedir. Mənbələrin məlumatına görrə, hazırkı baş nazir Benyamin Netanyahunun oğlu Yair Netanyahu da oxşar şəxsiyyət vəsiqəsi alıb.

Vəziyyətlə bağlı başqa təfərrüatlar hələlik açıqlanmayıb.

Sevinc İBRAHİMZADƏ