Bu ölkədə it ətinin istehlakı qadağan EDİLDİ
Cənubi Koreyada it ətinin ticarəti və istehlakını qadağan edən qanun qüvvəyə minib.
Redaktor.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Kənd Təsərrüfatı Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb.
Açıqlamaya görə, Nazirliyin rəsmisi Park Jung-hoon, ölkədə it əti istehlakının 2027-ci ilin fevralına qədər tamamilə dayandırılması üçün lazımi tədbirləri dəstəkləyəcəklərini bildirib.
Milli Məclisdə bu qərar yanvarın 9-da qəbul edib. Hökumət it ticarəti ilə məşğul olanların zərərini qarşılamaq üçün kompensasiya ödəyəcək.
Türkan İSGƏNDƏRLİ