Baş nazirə yumruq atan şəxs deportasiya edildi
Danimarkanın baş naziri Mette Frederikseni yumruqlayan polşalı şəxs deportasiya edilir.
Redaktor.az xəbər verir ki, 39 yaşlı hücumçuya 4 aylıq həbs cəzası da verilib.
Frederikseni boynundan yaralayan təcavüzkar iyunun sonunda keçirilən məhkəmə iclasında hücumu xatırlamayacaq qədər sərxoş olduğunu bildirərək, ona qarşı irəli sürülən ittihamları rədd edib.
Onun bunu hansı səbəbdən etdiyi məlum deyil.
Türkan İSGƏNDƏRLİ