Kursk vilayətinə hücumlar zamanı Ukrayna 300 nəfərdən çox itki verib

 20:06 07.08.2024     293

Rusiyanın Kursk vilayətində irəliləməyə cəhd edən Ukrayna qoşunları azı 315 nəfər itki verib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya Prezidenti Vladimir Putinin keçirdiyi müşavirədə bildirib.

“Avqustun 6-da səhər saat 05:30-da Ukrayna Silahlı Qüvvələrinin 1 000 nəfərdən ibarət bölmələri Kursk vilayətində əraziləri ələ keçirmək məqsədi ilə hücuma keçib. Qarşı tərəf azı 315 nəfər itki verib (azı 100 nəfər ölüb, 215-i yaralanıb), həmçinin 54 zirehli texnika, o cümlədən 7 tank itirib. Ukrayna Silahlı Qüvvələrinin irəliləməsinin qarşısı alınıb”, - o deyib.