BMT Məhkəməsi Türkiyənin İsrailə qarşı prosesə qoşulmasını TƏSDİQLƏDİ

 23:01 07.08.2024     291

Beynəlxalq Ədalət Məhkəməsi Türkiyənin Qəzza zolağındakı əməliyyatla bağlı Cənubi Afrikanın İsrailə qarşı başlatdığı prosesə qoşulduğunu təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə qurumun press-relizində deyilir.

“Türkiyə Məhkəmə Nizamnaməsinin 63-cü maddəsinə istinad edərək, Cənubi Afrika Respublikasının İsrailə qarşı başlatdığı Qəzza zolağında soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın tətbiqi ilə bağlı işə qoşulmaq üçün katibliyə ərizə təqdim edib”, - sənəddə deyilir.

Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkəməsi Nizamnaməsinin 63-cü maddəsində nəzərdə tutulub ki, istənilən maraqlı dövlət işə qoşula bilər və bu halda məhkəmənin çıxardığı qərar həmin dövlət üçün də məcburi olacaqdır.

Turan İSMAYIL