Etirazlarda 20-dən çox adam öldü

 23:04 07.08.2024     227

Nigeriyada son günlərdə hökumət əleyhinə etiraz aksiyalarında polis qüvvələri azı 21 nəfəri öldürüb.

Redaktor.az xəbər verir ki, bu barədə “Amnesty International” təşkilatı məlumat yayıb.

Bildirilir ki, polis müxtəlif şəhərlərdə aksiyaları yatırmaq üçün gözyaşardıcı qaz tətbiq edib, döyüş güllələri ilə atəş açıb. Bahalıq və aclığa qarşı etiraz aksiyaları güc yolu ilə yatırılıb.