Yeməkxana işçisi ətçəkən maşında barmağını itirdi

 09:26 08.08.2024     146

Sankt-Peterburqda sosial yeməkxananın işçisi iş yerində yaralanıb, qadının barmağı ətçəkən maşında qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə “78.ru” məlumat yayıb. 

Hadisə ziyarətçilərin pulsuz qidalandığı sosial yeməkxanalardan birində baş verib. Avqustun 7-də 54 yaşlı yeməkxana işçisi tibb müəssisəsi ilə əlaqə saxlayıb, qadın iş zamanı barmağının ətçəkən maşına ilişdiyini bildirib.

Müayinədən sonra sol qoldakı falanksın amputasiyası barədə qərar qəbul edilib. Həkimlər zərərçəkənin vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. 

Turan İSMAYIL