Olimpiya oyunları Fransanın başına iş AÇDI

 10:54 08.08.2024     188

Olimpiadadan əvvəl Parisin mərkəzindən çıxarılaraq "sürgün" edilən evsizlər etiraz ediblər.

Redaktor.az xəbər verir ki, “Sosial təmizləmə”nin qurbanı olan qrup turistlərin foto çəkdirməsi üçün olimpiya halqalarının yerləşdirildiyi ərazidə düşərgə qurub.

Etirazçılar çadırların üzərinə “sığınmaq haqqımız” yazılı plakatlar asıblar. Onlara hüquq müdafiəçiləri də dəstək olublar. 

Qeyd edək ki, Makron administrasiyası 12 mindən çox insanı olimpiya yarışları marşrutu boyunca gecəqondulardan qovub.

Türkan İSGƏNDƏRLİ