Bu ölkədə istidən ölüm halları ARTDI

 11:28 08.08.2024     242

Cənubi Koreyada əddindən artıq istilər nəticəsində həyatını itirənlərin sayı 18-ə yüksəlib.

Redaktor.az bu barədə Cənubi Koreya Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata görə, istilik vurması səbəbindən 1907 nəfər səhiyyə müəssisələrinə müraciət edib. Bundan başqa təqribən 420 min kənd təsərrüfatı heyvanı, o cümlədən 393 min ev quşu, müxtəlif təsərrüfatlarda 430 min balıq tələf olub. 

Koreya Meteorologiya İdarəsi (KMA) ölkə daxilində temperaturun hələ bir müddət 35 dərəcə olacağını bildirib. 

Türkan İSGƏNDƏRLİ

Vumart və Güvən reklamı Vumart Güvən