Həkim özünü döydü, xəstəsinə ŞƏR ATDI
İngiltərədə bir terapevt özünü döyüb və hücumu müalicə etmək istəmədiyi xəstənin üzərinə atıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mail" yazır.
58 yaşlı həkim başqa bir klinikaya birləşmədən əvvəl narkoman xəstəsindən xilas olmaq istədiyi üçün müxtəlif üsullara əl atıb. Bunun üçün o, özünün 44 min funt-sterlinqini bir insanın reabilitasiya mərkəzində müalicəsinə xərcləyib.
Həkim həmçinin bir xəstəyə qan xərçəngi olduğu və immunoterapiya üçün ABŞ-yə getməli olduğu barədə yalan danışıb. Qəbulların birində həkim bildirib ki, xəstənin altı ay ömrü var, ona görə də başqa mütəxəssis tapsa, daha yaxşı olar. Lakin xəstə başqa xəstəxanada qeydiyyatdan keçə bilmədiyi üçün geri qayıdıb. Daha sonra xəstənin dediyinə görə, həkim kömək çağırmağa başlayıb, öz sinəsinə vurub, sonra panik düyməsini basıb.
Həkim hadisə yerinə gələn polisə bildirib ki, xəstə ondan pul tələb edib, hədələyib, daha sonra hücum edib. Lakin hüquq-mühafizə orqanları nəyinsə yanlış olduğundan şübhələnərək araşdırmaya başlayıblar. Həkim heç vaxt məhkəməyə gəlməyib, bunu xəstənin qeyri-sabit davranışının ona yaratdığı təhlükə ilə izah edib. Sonradan o, polisə yalançı zəng etməkdə günahkar bilinib, işdən uzaqlaşdırılıb və şərti həbs cəzası alıb.
Sevinc İBRAHİMZADƏ